Bakı Musiqi Akademiyasının gənclər orkestri Gəncədə çıxış
edib
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Gəncədə maraqlı konsert proqramı təqdim etdi. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov konsertin təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirdi.
Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli çıxışında müasir Azərbaycanımızın memarı və qurucusu Heydər Əliyevin şərəfli ömür yolundan minnətdarlıq hissi ilə söhbət açdı.
Gənclər Kamera Orkestrinin maraqlı konsert proqramı gəncəlilər tərəfindən böyük maraqla qarşılandı. Solistlərdən Gülnaz İsmayılovanın, Arzu Əliyevanın, Mehin Hümbətovanın çıxışları sürəkli alqışlara səbəb oldu.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin şöbə müdiri Məzahir Qarayev iştirak edirdi.
Bəxtiyar Muradov,
Gəncə Şəhər Mədəniyyət
və Turizm İdarəsinin məsləhətçisi
Mədəniyyət.- 2013.- 7 iyun.-
S. 15.